Son Xəbər: "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub,

Ermənilərin “Qisas əməliyyatı” ilə bağlı planı... - İlginc

Ermənilərin “Qisas əməliyyatı” ilə bağlı planı... - İlginc

Tarix: 13-02-2024, 16:26

Zəngilan istiqamətində törədilən təxribata cavab olaraq keçirilən “Qisas əməliyyatı”nın nəticələri Ermənistan üçün ağır oldu: bir əsgərimizin yaralanmasına qarşı 4 erməni hərbçi məhv edilib, biri yaralanıb.

Bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib. O bildirib ki, İrəvan üçün maraqlı olan nə qədər itki verməsi yox, baş verənlərdən necə istifadə etməsidir:

"Təcrübəyə əsasən Bakının adekvat addımlarının ağır nəticələrinin olacağını bildikləri halda təxribata əl atmaları da hədəfin hərbi yox, siyasi olduğunu deməyə əsas verir.

Bu kontekstdə Ermənistan Xarici İşlər Nazirliyinin açıqlaması diqqət çəkir. Rəsmi İrəvan Azərbaycanı “danışıqları pozmaqda”, “sərhəddə eskalasiya yaratmaqda” ittiham edir. Ermənistanın bu iddiaları bölgədə heç nəyi dəyişdirməsə də, Avropa strukturlarında “Qisas əməliyyatı”nı “Azərbaycanın hücumu” olaraq göstərməyə və bundan Bakıya qarşı təzyiq kimi istifadə etməyə cəhd edəcəklər. Məhz buna görə İrəvan məsuliyyətdən yayınmaq üçün Bakının “qisas əməliyyatına” səbəb olan snayper atəşinin onun iradəsindən kənar baş verdiyini deyir.

Zəngilan istiqamətində törədilən təxribatın hədəfləri arasında bu da var. Və Cənubi Qafqazdakı geosiyasi mübarizə fonunda bu təxribatın sonuncu olmayacağı da görünür".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR