Son Xəbər: Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib,

Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edildi

Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edildi

Tarix: 14-02-2024, 19:59

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 1 il həbs cəzasına məhkum edilib.

Paris Apellyasiya Məhkəməsi “Bygmalion” kimi tanınan “Telefonların dinlənilməsi” işi üzrə qərarını açıqlayıb.

Məhkəmə Fransanın keçmiş prezidenti Nikola Sarkozini 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasına qeyri-qanuni maliyyə yardımı göstərdiyi iddiası ilə 6 ay şərti olmaqla ümumilikdə 1 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, “Telefonların dinlənilməsi” işi çərçivəsində Sarkozi 2012-ci ildə uduzduğu prezident seçkiləri kampaniyasını qanunsuz maliyyələşdirməkdə ittiham olunur. Fransanın sabiq prezidentinin seçki kampaniyası üçün qanuni hədd olan 22,5 milyon avrodan 20,3 milyon avro artıq 42,8 milyon avro xərclədiyi bildirilir. Sarkozi seçki xərclərini partiya fəaliyyəti kimi göstərmək üçün kampaniya aparan Bygmalion şirkətindən saxta hesab-fakturalar almaqda, müvafiq şirkət isə Sarkozinin xərclərini gizlətmək üçün saxta hesab-fakturalar verməkdə ittiham olunur.

Sarkozi birinci dəfə 2021-ci ildə təqsirli bilinərək 1 il həbs cəzasına məhkum edilib, lakin o, apellyasiya şikayəti verdiyinə görə qərar təxirə salınıb.

2023-cü ilin noyabrında prokurorluq iş çərçivəsində Sarkoziyə 1 il şərti həbs cəzası istəyib.(“Qafqazinfo”)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR