Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Fransada müsəlman qadınlar ayrı-seçkilikdən əziyyət çəkirlər

Fransada müsəlman qadınlar ayrı-seçkilikdən əziyyət çəkirlər

Tarix: 17-02-2024, 15:36

Hicablı qadınların Fransada doğulub boya-başa çatmasına, yüksək təhsilli və bu ölkəyə töhfə verəcək peşəkar bacarıqlara malik olmasına baxmayaraq, islamofobiyanın siyasi və ictimai müstəvidə artması onların cəmiyyət həyatından kənarda qalmasına gətirib çıxarır.

Fransanı tərk edən və ya bu addımı atmağa hazırlaşan müsəlman qadınlar Anadolu agentliyinə iş yerlərində onlara qarşı edilən ayrı-seçkilik halları barədə danışıblar.

Təhlillər göstərir ki, ayrı-seçkilik və cəmiyyət həyatından təcridolunma halları çox vaxt müsəlman qadınları Fransanın hüdudlarından kənarda iş imkanları axtarmağa məcbur edir. Onlara qarşı islamofobiyanın miqyasını araşdırmaq məqsədi daşıyan və ayrı-seçkiliklə mübarizə üçün tövsiyələr siyahısını təqdim edən yeni hesabatda imperativ qanunların hicablı qadınların dövlət sektorunda çalışmasını tamamilə məhdudlaşdırdığı, ictimai məkanlarda hicaba qarşı ayrı-seçkiliyi gücləndirdiyi vurğulanır.

Fransada müsəlman qadınlar iş yerləri ilə yanaşı, təhsil sahəsində və vətəndaş cəmiyyətində də ayrı-seçkilik halları ilə qarşılaşırlar. Özünü “demokratiyanın carçısı” kimi təqdim edən bu ölkədə hicab qadağası müsəlman qadınları təhsildən ayırır və onların karyerasına, ümumi rifahına mənfi təsir göstərir. Hicablı qadınların fransız cəmiyyətinə töhfə vermək istəyinə baxmayaraq, onların təhsil mühitində öz bacarıq və təcrübələrini paylaşmasına da icazə verilmir.

Hesabat üçün fikirləri öyrənilən fransalı müsəlman qadınlar islamofobiyanın yayılması səbəbindən ölkəni tərk edərək karyeralarını xaricdə davam etdirmək istədiklərini bildiriblər. Fransada qalmağı seçən müsəlman qadınlar isə cəmiyyətin təzyiqinə məruz qalmamaq üçün hicablarını çıxarmaq və ya ayrı-seçkiliklə bağlı işdən çıxmaq kimi çətin qərarlar vermək məcburiyyətində qalırlar.

Fransada dövlət səviyyəsində islamofobiya siyasəti və cəmiyyətin hicablılara qarşı mənfi münasibəti əhalinin təxminən 7 milyonunu və ya 10 faizini təşkil edən müsəlman qadınların üzləşdiyi problemləri daha da dərinləşdirir.

Hesabatda 2004-cü ildə məktəblərdə, 2010-cu ildə isə ictimai yerlərdə dini simvolların, o cümlədən hicabın qadağan edilməsi fonunda tövsiyələr də yer alıb. Belə ki, fransız siyasətçilərə inklüziv və iştirakçı siyasi həll yolları müəyyən etmək, islamofobiya zəminində münasibətləri nifrət cinayətləri kimi tanımaq və ondan qaynaqlanan hərəkətlərə qarşı çəkindirici sanksiyalar tətbiq etmək tövsiyə olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR