Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Zelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR...

Zelenskinin Azərbaycana göndərdiyi yeni səfir KİMDİR...

Tarix: 23-02-2024, 10:34

 

Ukrayna Azərbaycana yeni səfir təyin edib. Prezident Volodimir Zelenskinin fərmanı ilə Yuri Qusev Ukraynanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, hazırda Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiydir. O, 1973-cü il tarixində Vinnitsa şəhərində anadan olub. Uzun illər diplomatik nümayəndəliklərdə çalışıb və 2019-cu ildə Azərbaycana səfir təyin edilib.

Modern.az yeni səfirin kim olduğunu araşdırıb.

44 yaşlı Qusev Ukraynanın müdafiə sektorunda çalışıb. İxtisasca iqtisadçı olan yeni səfir Ukrayna müdafiə nazirinin keçmiş müavini (2014—2016) və Xerson Regional Dövlət Administrasiyasının rəhbəri (2019-2020) kimi yüksək vəzifələrdə işləyib.

Qusev bu illər infrastruktur nazirinin, ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifələrində də çalışıb. 2019-cu il keçirilən parlament seçkilərində Xalqın Xidmətçisi Partiyasından deputatlığa namizədliyi siyahı üzrə irəli sürülüb, lakin seçkilərdə iştirakını davam etdirməyib.

2020-ci ildə o, Ukraynanın müdafiə sənayesindən məsul olan "Ukroboronprom" şirkətinin direktoru vəzifəsinə gətirilib və ötən ilin iyun ayında qədər bu vəzifədə çalışıb.

"Ukroboronprom" dövlətə məxsus hərbi sənaye kompleksi müəssisələrinin birliyidir. Quruma silahların, hərbi və xüsusi texnikanın və döyüş sursatlarının işlənməsi, istehsalı, satışı, təmiri, modernləşdirilməsi və zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə xarici dövlətlərlə hərbi-texniki əməkdaşlıqda iştirak edən müdafiə sənayesi müəssisələri daxildir.

2023-cü ilin iyununda prezident Zelenski Yuri Qusevi “Ukroboronprom”un baş direktoru vəzifəsindən azad edib. Həmin vaxt mətbuat yazırdı ki, Qusev prezidentdən onu Ukraynanın müdafiə sahəsində sıx əlaqədə olduğu Avropa ölkələrindən birinə diplomat kimi göndərməyi xahiş edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR