Son Xəbər: Ali Məhkəmənin hakimi intihar etdi, Prezident onları təltif etdi - Siyahı, İlham Əliyev iki nazirə yeni vəzifə verdi, Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər, Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq,

Yeni doğulan qız uşaqlarına niyə bu adlar qoyulur: Yetər, Bəsti, Kifayət...

Yeni doğulan qız uşaqlarına niyə bu adlar qoyulur: Yetər, Bəsti, Kifayət...

Tarix: 26-02-2024, 12:05

Azərbaycanda doğulan uşaqlara cinsə görə fərq qoyulması halları həmişə olub, indi də var. Bir çox ailələrdə belə bir tendensiya hökm sürür: ilk dünyaya gələn uşaq mütləq oğlan olsun, sonra qız da doğula bilər.

Yenixeber.org: Təsadüfi deyil ki, ailələrdə oğlan uşaqlarının üstün tutulması bir çox hallarda hamiləliyin süni şəkildə pozulmasına gətirib çıxarır. Yəni ailədə əsasən kişinin, qayınana və qayınatanın istəyinə görə oğlan uşaqlarının ana bətnində saxlanılması, qız uşaqlarının isə məhv edilməsi halları yaşanıb, yaşanmaqdadır. Məhz bu səbəbdən BMT-nin Əhali Fondu Azərbaycan Respublikasını cins nisbətinin pozulduğu ölkələr siyasına daxil edib.

Dövlət Ststistika Komitəsinin məlumatına görə, 2024-cü il yanvar ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin sayı 10 180 770 nəfərə çatıb. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Rəsmi məlumata görə, son 1 ildə doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.

Müşahidələr göstərir ki, Azərbaycanda qız uşağı istəməyən ailərdə ya aborta əl atırlar, ya da Allaha əl açırlar.

Keçmiş zamanlarda qız uşağı doğulanda, onlara belə adlar qoyulurdu: Yetər, Qızyetər, Tamam, Qıztamam, Qızbəs, Kifayət, Bəsti, Qızqayıt və s.

Yəni qız uşaqlarına bu adları verən valideynlər dolayısı ilə Allahdan oğan istəyir, arzu edirdilər ki, bir, iki qız bəsdir, kifayətdir...

Bu tendensiya indi də davam edir.

Belə ki, Ədliyyə Nazirliyindən adlarla bağlı əldə etdiyimiz statistika da bunu təsdiqləyir.

Rəsmi statistikaya görə, son 5 ildə yeni doğulan 14 qız uşağına Tamam adı qoyulub.

Dünyaya yeni gələn 55 körpə qız isə valideynləri tərəfindən Bəsti adlandırılıb.

Son 5 ildə yeni doğulan 13 qız uşağına Yetər adı verilib.

Doğum haqqında şəhadətnaməsinə Kifayət adı yazılan körpələrin sayı isə daha çoxdur - 57 nəfər.

Qızyetər, Qızbəs, Qıztamam adları isə görünür daha köhnə olduğundan və müasir dövrlə uzlaşmadığından onlardan istifadə olunmayıb.(Modern)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR