Son Xəbər: Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər, Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO,

Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB - Həyat yoldaşı da

Navalnının portreti olan vərəqələri yapışdıran şəxs SAXLANILIB - Həyat yoldaşı da

Tarix: 28-02-2024, 12:00

Rusiyanın Krasnodar məhkəməsi yerli sakin Sergey Albovu fevralın 16-da Yamal koloniyasında dünyasını dəyişən müxalif siyasətçi Aleksey Navalnının portreti olan vərəqələr yerləşdirdiyinə görə 2 sutka müddətinə həbs edib.

Məhkəmənin qərarında göstərilir ki,  fevralın 19-da Albov Aleksey Navalnının şəkli və üzərində “Navalnı” yazısı olan vərəqə yapışdırıb. Məhkəmə qərara alıb ki, Albov bununla Rusiya hakimiyyəti tərəfindən ekstremist kimi tanınan “bu təşkilatların rəmzlərini təbliğ etmək və ictimai şəkildə nümayiş etdirmək məqsədi daşıyan ictimai hərəkətlər edib”.

Albov və həyat yoldaşı fevralın 21-i axşam saatlarında saxlanılıb, polis bütün gecəni dindirib və vəkilin onlarla görüşməsinə imkan verməyib. Polis ondan vərəqələr yerləşdirdiyinə görə nə qədər pul aldığını soruşduqda, o, “bir insana yas saxlamaq üçün ona pul verilmir” cavabını verib.

Albovun vəkili bildirib ki, əgər o, təqsirli bilinərsə, bu, presedent olacaq: “Bu o demək olacaq ki, Aleksey Navalnı hətta onun adı və fotosu ilə dəfn oluna bilməz, çünki bu, qanun pozuntusuna çevriləcək”.("SotaVision")




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR