Son Xəbər: Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü,

“Qarabağ”a edilən anormal müraciət...

“Qarabağ”a edilən anormal müraciət...

Tarix: 1-03-2024, 15:19

“Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı klubun qapısını döyənlərin sayını birə-beş artırıb. Açığı, döymürlər, qırırlar...

Bu cümləni oxuyanda ağlagələn ilk məsələ xarici klubların skautlarının Ağdam təmsilçisinin futbolçularına maraq göstərməsi ilə bağlı olsa da, hələlik reallıq tamam fərqlidir.

Reallıq odur ki, hər mövsüm olduğu kimi, bu il də “Qarabağ”dan pulsuz bilet istəyənlər yenidən peyda olub.

Bunların arasında kifayət qədər imkanlı şəxslər, vəzifəlilər də var. 

Bu gündən etibarən UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Qarabağ” - “Bayer” oyununun biletləri satışa çıxarılıb. 

Azərbaycan reallığında Bakıda keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti də münasibdir -  5, 10, 20, 30, 40, 100 və 150 manat.

Satış nöqtələri də əlçatandır -  “Qarabağ”ın fan-şopu və Tofiq Bəhramov adına Respublika Stadionunun kassaları...

Stadionun yerini tanımayan yoxdur. Çünki müftə bilet əldə edən axırda ora gedir. Amma bu şəxslər yəqin ki, klubun fan-şopunun harada yerləşdiyini belə bilmirlər. Çünki kluba dəstək olmaq istəyən şəxs təmənnasız biletdən əvvəl fan-şopa yollanıb heç olmasa, “Qarabağ”ın kiçik bir atributunu almalı idi. Ora isə “Park Bulvar”dadır. Amma belələri şəhərin mərkəzini qoyub sürücüsünü ta Suraxanıya - pulsuz bilet üçün klubun bazasına göndərməkdən də çəkinmirlər.

Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Şablon səslənsə də, çox uzağa getməyək - qardaş Türkiyədə necədir? Klubunu sevən, ona dəstək olmaq istəyən azarkeş, təkcə qışqır-bağırla yox, həm də əlini cibinə ataraq bunu edir. Aylıq, illik bilet alır və biletdən əldə edilən gəlirlə futbolçuların maaşı və digər xərclər ödənilir.

Normal olan budur, kluba edilən müraciətin isə adı anormallıqdır.

Düzdür, “Qarabağ” Azərbaycan reallığında büdcəsi normaldır, hətta ən yaxşı maddi imkana sahib olan klubdur. Bu imkanı da təbii ki, avrokuboklarda qazandığı uğurlar sayəsində edib. Bu uğurları gətirən də transferlərə xərclənən pullardır. Bəs birdən maaş geciksə?..

Azərbaycanlı futbolçunu hardasa başa salmaq olar, mentalitetimizi bilir, amma Juninyoya, Zubirə necə izah edilsin ki, filankəs müəllim pulsuz bilet aldı?

Bu ənənə illərdir “Qarabağ”ın uğurları kimi davam edir. Və bu şəxslər ancaq avrokuboklarda meydana çıxır. Yerli çempionatda isə az qala, pulsuz paylanılan biletlərə sahib çıxan belə yoxdur.

Gəlin pulsuz biletə yox, “Qarabağ”a sahib çıxaq. Qarabağa sahib çıxdığımız kimi...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR