Son Xəbər: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib, Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb, Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək,

Milli Məclisin yeni işçi qrupu yaradılır

Milli Məclisin yeni işçi qrupu yaradılır

Tarix: 5-03-2024, 12:09

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupu yaradılır.

Parlamentin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisi qərarının layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır.

Deputat Müşfiq Cəfərovun Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilməsi təklif edilir.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR