Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Tarix: 6-03-2024, 11:03

Bitkoinin qiyməti bütün tarixi ərzində ən yüksək həddi keçib. Dünən bitkoinin faktiki qiyməti 69 min dollara çatıb.

Bu barədə “Tex Nyus” məlumat yayıb.

“Maksimum dəyərə çatdıqdan dərhal sonra investorlar və 2021-ci ildə 69 min dollara bitkoin alanlar və investisiyalarını geri qaytarmaq üçün fürsət gözləyənlər qazanc əldə etməyə başlayıblar. Nəticədə ciddi korreksiya baş verib və bu müddət ərzində bitkoinin məzənnəsi dünən axşam saatlarında 60 min 500 dollara düşüb. Lakin sonra qiymət təxminən 63 min 500 dollara qalxmağa başlayıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, mütəxəssislər müxtəlif proqnozlar verirlər:

“Bəziləri məzənnənin artmaqda davam edəcəyinə və yeni rekordlara imza atacağına, bəziləri isə yeni qiymət sıçrayışına qədər dəyərin 50-55 min dollara düşəcəyinə əmindir”.(“Tex Nyus”)






RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR