Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qənirə Paşayevanın doğum günüdür...

Qənirə Paşayevanın doğum günüdür...

Tarix: 7-03-2024, 12:35

Bu gün mərhum deputat Qənirə Paşayevanın doğum günüdür. O, 1975-ci ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb.

28 sentyabr 2023-cü il tarixində Qənirə Paşayeva 48 yaşında dünyasını dəyişib. 29 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda dəfn olunub.

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa da Qənirə Paşayevanın doğum günü ilə bağlı paylaşım edib.

O qeyd edib ki, Qənirə xanım Paşayevanın şəhid ailələrinə, qazilərə, yaradıcı insanlara, ona müraciət edən vətəndaşlara yüksək diqqət-qayğısı, həssasiyyəti xüsusi bir örnək təşkil edir. "Əziz Qənirə xanımı doğumunun 49-cu ildönümündə sevgi-sayğı ilə anırıq. Ruhu şad olsun!", - paylaşımda deyilir

Yeri gəlmişkən, Qənirə Paşayeva barədə açıq mənbələrdə onun doğum gününün martın 24-də olduğu bildirilir.  Məsələni aydınlaşdırmaq üçün mərhum deputatın əmisi professor Qəzənfər Paşayevlə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında deputatın əmisi bildirib ki, Qənirə Paşayevanın doğum gününü hər il 7 mart tarixində qeyd edirlər.

“Elə indi qəbirüstünə gedirik. Ümumiyyətlə hər il Qənirənin doğum günü 7 martda keçirilir. 24 mart tarixi isə rəsmi sənəddə yazılandır”,- o deyib.(Modern)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR