Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Bu hallarda maaşınızdan pul tutulacaq - AÇIQLAMA

Bu hallarda maaşınızdan pul tutulacaq - AÇIQLAMA

Tarix: 7-03-2024, 13:46

Bəzən istənmədiyiz halda əmək haqqından pul tutulur və buna görə vətəndaşlar narazılıq edirlər.

Bu daha çox banka borclu olduğu halda, məhkəmə qətnaməsi əsasında əmək haqqından pul tutulur.

Çünki borcu birdəfəlik banka ödəmək mümkün olmur. Yaxud aliment ödənişinin alınması üçün əmək haqqınızdan pul tutulur.

Ümumiyyətlə əmək haqqından pul tutulan zaman hansı hissədə pul tutula bilər? Tam tutulmaya yol verilirmi?

Bu suallara cavab tapmaq üçün vəkil Vamiq Şükürova müraciət etdik. Vəkil BAKU.WS-ə açıqlamasında bildirib ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır:

"Bundan sonra qətnaməni icra edən icra məmuru sizin işlədiyiniz iş yerinə sərəncam göndərir və pulun tutulması üçün göstəriş verir. Belə hallarda borc məbləği qurtaranadək iş yerində əmək haqqınızdan tutulma həyata keçiriləcək.

İkinci halda isə sizin razılığınız olmadan vergilər və sosial sığorta haqları əmək haqqınızdan tutulur.

Üçüncü halda isə iş yerinə ziyan vurubsunuzsa, ziyan bir aylıq əmək haqqınızın məbləğindən artıq deyilsə, əmək haqqınızdan pul tutula bilər.

Dördüncü halda məzuniyyətə çıxıbsınız, məzuniyyət haqqı alıbsınız, amma bir il işləməyibsiniz. Buna görə də artıq ödənilmiş məzuniyyət pulu sizin əmək haqqınızdan tutula bilər.


Beşinci halda verilmiş tapşırığın icrası üçün iş yerindən kənara gedibsiniz, amma ezamiyyət pulundan qalmış pulu xərcləyibsiniz. Belə halda əmək haqqınızdan tutulmaya icazə verilir.


Lakin əmək haqqınızın az və ya çox olmasından asılı olmayaraq 50%-dən artıq pul tutula bilməz. Aliment ödənişləri üçün 70% məbləğindək tutulmaya yol verilir".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR