Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?

Oruc tutarkən çox susamamaq üçün - Nə etməli?

Tarix: 13-03-2024, 09:36

 

Oruc tutarkən təxminən 15-16 saat susuz qalırıq. Düzgün qidalanmadıqda isə bu, qanın qatılaşmasına səbəb ola bilər. Ona görə imsakda və iftarda bəzi tədbirlər görmək lazımdır ki, çox susuzluq hiss olunmasın və qan qatılaşmasın. Bəs, oruc tutduğumuz dövrdə susama hissini necə azalda bilərik?

Mövzu ilə bağlı məqaləni təqdim edirik:

Ramazan ayında elə qidalanmalıyıq ki, susuz qaldığımız vaxtda özümüzü yaxşı hiss edək. Bu, həm də növbəti günlərdə oruc tuta bilməyimiz üçün çox vacibdir.  

Yayda iftarla imsak arasında ən azından 3 litr, qışda isə 1 litr çiy su içilməsi məsləhət görülür. Bu, çay və meyvə şirələrinə aid deyil. Çünki onlar bədəndəki suyu qovur, ona görə yalnız çiy suya çox üstünlük verilməlidir.

İftardan sonra çox su içməyin. Gündəlik su ehtiyacımızı 8-10 stəkan suyu iftar və imsak arasında bölün. Sahurda ən çox 3 stəkan, iftardan sonra da hər saatbaşı 1-2 stəkan su içmək lazımdır.

Sahurda:

Yağlı və duzlu yeməkləri azaldın. Belə pendirlərdən də az istifadə edin. Qızartma yeməklərdən isə mütləq uzaq dayanın. Bu yeməklər su içmə ehtiyacını daha çox artırır. Mütləq sahura oyanın və yavaş-yavaş yeyərək ən az yarım saata bitirin. Tərkibində su nisbəti yüksək olan qidalara üstünlük verin. Bu qidaların həzmi yavaş olacağı üçün gün ərzində su ehtiyacınızı aradan qaldıracaq. Hədsiz çay və ya qəhvə içmək olmaz. Bir çoxları çayın susuzluğu aradan qaldırdığını düşünür. Bu, yanlış düşüncədir. Sahurda 4-5 zeytun yeməyiniz kifayətdir, daha artığı lazım deyil. Çox zeytun yemək susamağınıza səbəb olacaq.

İftarda:

İftar yeməyinə şorba, yaxud dovğa ilə başlamalı və sonra ən azı yarım saata qədər gözlənilməlidir. Uzun müddət boş olan mədəni birdən-birə yormaq olmaz. Bu, tez susama və müxtəlif narahatlıqların meydana gəlməsinə səbəb ola bilər. İftar yeməyindən sonra şirniyyatlardan çəkinin. Bunun əvəzinə bol sulu meyvələrdən istifadə edin. (Qafqazinfo)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR