Son Xəbər: Ali Məhkəmənin hakimi intihar etdi, Prezident onları təltif etdi - Siyahı, İlham Əliyev iki nazirə yeni vəzifə verdi, Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər, Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq,

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Novruz bayramı qeyd edilib

Tarix: 16-03-2024, 11:00

 

Parisdə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

Səfirliyin Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Azərbaycanın Fransa və Monako Knyazlığındakı səfiri Leyla Abdullayeva çıxış edərək Novruz, onun mahiyyəti, fəlsəfəsi və daşıdığı ümumbəşəri dəyərlərdən danışıb. Novruzun dostluq, mehribanlıq, mərhəmət, mədəniyyət bayramı olduğunu deyib. Bildirib ki, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, mərhəmət və diqqət göstərilməsi kimi mənəvi dəyərləri təcəssüm edir. Novruz sağlamlığın və firavanlığın başlanğıcıdır. Milli mənəvi dəyərlərimizin təcəssümü olan Novruz təbiətin dəyişməsindən, canlı aləmin oyanışından xəbər verir.

Səfir qeyd edib ki, Novruz təbiətlə harmoniyada yaşamağı aşılayır. Yaşıl səmənili Novruz bu il Azərbaycanda xüsusi təntənə ilə qeyd olunur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu münasibətlə Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair Sərəncam imzalayıb. Azərbaycan bütün dünya ölkələrini yaşıl dünya naminə həmrəylik nümayiş etdirməyə çağırır. İnsanlara təbiətlə harmoniyada yaşamağı aşılayan Novruzun dəyərləri COP29-un çağırışı ilə üst-üstə düşür. Məhz buna görə də bu il Novruz Azərbaycanda xüsusi qeyd edilir.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti nəticəsində Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib”, - deyə səfir bu bayramın xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.

Tədbirə milli geyimdə gəlmiş L.Abdullayeva bununla xalqımızın hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə sadiq olduğunu və onları qoruyub saxladığını təcəssüm etdirib. Novruzun Azərbaycan xalqının ənənəvi dəyərlərini özündə əks etdirən bayram olduğunu göstərib.

Tədbir konsert proqramı ilə davam edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR