Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI

Qurban Qurbanov Almaniya klubundan TƏKLİF ALDI

Tarix: 16-03-2024, 16:41


Azərbaycanın məşhur futbol mütəxəssisi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniya Bundesliqasında mübarizə aparan klubdan təklif alıb. 

Məlumata görə, alman komandasının rəhbərliyi Leverkuzendə "Bayer"lə qarşılaşan "Qarabağ"ın baş məşqçisiylə görüşüb. 

"Bayer"in baş məşqçisi Xabi Alonso Berlin klubunun prezidenti Dirk Zinglerə yeni baş məşqçi olaraq Qurban Qurbanovu məsləhət görüb. "Union"un 20 ildir ki, rəhbəri olan Zingler Leverkuzendə "Qarabağ"ın 52 yaşlı baş məşqçisiylə görüşərək istəyini çatdırıb.

Azərbaycanın məşhur məşqçisi Qurban Qurbanov Almaniya klubunun rəhbərliyinə təşəkkür edib, lakin təklifi qəbul etməyib.

117 yaşa malik "Union Berlin" komandasını hazırda 52 yaşlı Nenad Belitsa çalışdırır. Xorvat mütəxəssis ötən ilin noyabrında gətirilsə də, müqavilənin müddəti göstərilməyib.

Berlin klubu ötən mövsüm Bundesliqada 4-cü olsa da, hazırda çempionatda zəif çıxış edir. "Union" 18 klub sırasında 25 turdan 25 xalla 14-cü pilləni tutur. Bundesliqada 5 ildir yarışan Berlin komandasının futbolçularının qiyməti 149.95 milyon avrodur.  

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Bayer"in baş məşqçisi Xabi Alonso Azərbaycan klubunun Bundesliqada mübarizə aparmağa layiq olduğunu bildirmişdi. Xabi Alonso ilə Qurban Qurbanov arasında dostluq münasibətləri də var.(Supersport)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR