Son Xəbər: "The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib, UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub,

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT

Tarix: 26-03-2024, 12:24

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayır. 

Bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib. 

Bildirilib ki, Avropa İttifaqının nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq Ermənistanı işğalçı siyasətini davam etdirməyə çağırıb: 

"Bundan əlavə, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb. Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar hansısa səbəbə görə cənab Klaarı narahat edir? Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır". 

Məlumatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Avropa İttifaqından yanlış və təhlükəli siyasətindən əl çəkməyi, regionda sülhün bərqərar olmasına mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edir. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR