Son Xəbər: Belçika Ukraynaya F-16 qırıcıları tədarük edə bilər, Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR, FIFA prezidenti “Qarabağ”ı təbrik etdi, “Azeri Light”ın qiyməti 90 dolları ötdü, Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO,

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Tarix: 28-03-2024, 13:54

“Hazırda “Crokus City Hall”un bərpası ilə bağlı yekun qərar yoxdur”.

Bunu “Crocus Group”un keçmiş birinci vitse-prezidenti, şirkətin sahibi Araz Ağalarovun oğlu, bəstəkar-müğənni Emin Ağalarov “Rossiya 24” telekanalına açıqlamasında bildirib.

O bildirib ki, şirkət ticarət mərkəzinin bərpası ilə bağlı qərarı təkbaşına vermək səlahiyyətində olmasa da, konsert zalının bərpa edilməsinin tərəfdarıdır. Həmçinin vurğulayıb ki, burada Rusiya Prezidenti Vladimir Putinin, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun və ictimaiyyətin fikri rəhbər tutulacaq. 

E.Ağalarov əlavə edib ki, terror aktından sonra işsiz qalan təqribən 300 əməkdaş digər obyektlərdə işlə təmin ediləcək. 

Onun sözlərinə görə, “Crokus City Hall”da baş verən terror aktından sonra ictimai yerlərin mühafizəsi ilə bağlı qanunvericiliyə yenidən baxılmalıdır.

O, həmçinin “Crocus City Hall”a bənzər konsert zalının inşasının neçəyə başa gələ biləcəyindən danışıb. Ağalarov bu proses üçün 150 milyon dollar tələb olunacağını qeyd edib. 

Xatırladaq ki, martın 22-də Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Son məlumata görə, hadisə nəticəsində 143 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR