Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

Tarix: 28-03-2024, 15:11


Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan deyib ki, qondarma “Artsaxın prezidenti” Samvel Şahramanyan agent davranışını nümayiş etdirir.

Artur Hovhannisyan Samvel Şahramanyana digər iradlar da səsləndirib.

“Yenə də mühacirətdəki hansısa “hökumət” haqqında qəribə bəyanatlar verir. Qəribədir ki, bu bəyanatlar  “Dağlıq Qarabağ”ın ləğvi ilə bağlı sənədi imzalayan şəxs tərəfindən səsləndirilir”.

Hovhannisyan deyib ki, Şahramanyanın bəyanatları Ermənistan dövlətçiliyinə qarşı yönəlib və xarici qüvvələrə xidmət edir.

“Göründüyü kimi, Samvel Şahramanyan artıq agent davranışını nümayiş etdirir ki, bu da ən azı müvafiq strukturların diqqətini cəlb etməli idi”, - o vurğulayıb.

“Ermənistanda bir hakimiyyət, bir güc var və dövlətçiliyimizə qarşı atılan ən kiçik addım belə ən sərt cavabını almalıdır”, - deputat qeyd edib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyan da bu gün bildirib ki, Qarabağdan köçmüş bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər və addımlar atırlar. O bunu deyərkən Qarabağdan qovulmuş separatçıların sonuncu başçısı Samvel Şahramanyan Fransanın “Le Figaro” nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər istinad edib.


Şahramanyan “Le Figaro”ya müsahibəsində separatçıların “mühacirət hökuməti”ndən danışıb. Deyib ki, İrəvanda əyləşdiyi binada “Artsaxın Prezident Aparatı, qanunvericilik və hüquq-mühafizə orqanları yerləşir:


“Parlament üzvləri səs vermək üçün burada görüşə bilərlər... Ötən ilin oktyabrında mən sərəncam imzaladım ki, hökumət üzvləri istəsələr, öz vəzifələrində qala bilərlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR