Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Xoşbəxt yaşamaq üçün - 8 sadə MƏSLƏHƏT

Xoşbəxt yaşamaq üçün - 8 sadə MƏSLƏHƏT

Tarix: 5-04-2024, 09:02

 

İllərini xoşbəxtlik sənətini öyrənməyə və tətbiq etməyə sərf edən psixoloq Laxlan Braun xoşbəxt həyat sürməyinizə kömək edəcək 8 sadə məsləhəti bölüşür. Onların hamısı onun öz təcrübəsinə və Buddist prinsipləri anlayışına əsaslanır.

Bu barədə Hack Spirit yazır.

Söhbət böyük jestlər və ya dəyişikliklərdən getmir, o deyir, kiçik şeyləri qiymətləndirmək və sadə vərdişləri mənimsəməkdir əsas məsələ.

Həyatda necəxoşbəxt yaşamaq olar - psixoloqdan 8 sadə məsləhət

Fəaliyyətdə şüurlu olmağa çalışın. Psixoloqun qeyd etdiyi kimi, zehinlilik üzərində işlədiyi illər ərzində öyrəndiyi ən dərin dərslərdən biri indiki anda yaşamağın gücüdür. Onun fikrincə, zehinlilik praktikası mahiyyət etibarilə hər an etdiyimiz işdə tam iştirak etməyi nəzərdə tutur.

Qeyri-müəyyənliyi qəbul edin. Həyatda heç nə əbədi deyil, Braun əlavə edir. O inanır ki, bu anlayışı həqiqətən dərk etdikdən sonra həyatınıza başqa rakursdan baxmağa başlaya bilərsiniz. Onun fikrincə, qeyri-müəyyənliyi qəbul etmək bizə tez-tez əzab-əziyyətə səbəb olan və həqiqi xoşbəxtliyi yaşamağa mane olan bağlılığımızı tərk etməyə imkan verir. Əşyalardan və ya insanlardan yapışmaq əvəzinə, onlar orada olduqları müddətdə onları qiymətləndirməyə və vaxtı gələndə atmağa çalışmalıyıq. Bu, həmişə asan deyil. Amma bu xoşbəxt həyatın ayrılmaz hissəsidir.

Şəfqəti məşq edin. Şəfqət Buddist təliminin əsasını təşkil edir. Bu, başqalarının əzablarını dərindən dərk etmək və onları yüngülləşdirmək üçün səmimi bir istəkdir. Şəfqət xoşbəxt həyatın vacib komponentidir. Psixoloq izah edib ki, biz ürəyimizi açıb başqalarına mehribanlıq göstərdiyimiz zaman qarşılığında sevgi və xoşbəxtlik almağa da özümüzü açırıq.

Mühakimələrdən qurtulun. Mühakimə nadir hallarda bizə xidmət edir. Bizi başqalarından ayırır, neqativlik yaradır və xoşbəxtliyə gedən yolu kəsir. Biz hər şeyi olmasını istədiyimiz kimi deyil, olduğu kimi qəbul etməyə çalışmalıyıq. Mühakimələrimizdən qurtulduğumuz zaman dünyaya başqa cür baxmağa başlayırıq. Başqalarına və ən əsası özümüzə qarşı daha həssas oluruq.

Maksimum təsir və minimum eqo ilə yaşayın. Psixoloqun fikrincə, əsl xoşbəxtlik o zaman gəlir ki, biz öz eqomuzu buraxıb dünyaya müsbət təsir göstərməyə çalışırıq.

Reallığı qəbul edin. Qəbul etmək xoşbəxt həyatın açarıdır. Bu, həm Buddizmin, həm də zehinlilik praktikasının əsas prinsipidir. Qəbul etmək istefa və ya passivlik demək deyil. Braun deyir ki, bu, sadəcə olaraq reallığı dəyişməyə və ya inkar etməyə çalışmadan olduğu kimi qəbul etmək deməkdir.

Minnətdarlıq etməyi öyrənin. Bu, diqqətinizi əskiklikdən bolluğa çevirmək üçün güclü bir yoldur. Bu, həyatımızda olan yaxşılığı tanımaq və əlimizdə olanları qiymətləndirməkdir. Və biz mütləq böyük şeylərdən danışmırıq.

Narahatlığı qəbul edin. Rahatlıq axtarışımızda çox vaxt bizi narahat edən vəziyyətlərdən qaçırıq. Ancaq bu narahat vəziyyətlərlə üzləşməklə biz böyüyür və öyrənirik. Zehinlilik bizə narahatlıqlarımıza qarşı sakit olmağı, mühakimə etmədən onu müşahidə etməyi öyrədir. Psixoloq izah edib ki, bu, xoş və ya xoşagəlməz hisslərimizi tam şəkildə yaşamaqdan ibarətdir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR