Son Xəbər: Azərbaycanda azyaşlı məktəbdən sonra yoxa çıxdı - FOTO, Həmzə Yusif istefa verdi, NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi, Ukrayna Prezidenti: Rusiya ordusu yeni hücuma hazırlaşır, ABŞ səfiri Qırmızı Qəsəbədə olub, Lüksemburqun Böyük Hersoqu COP29-a dəvət edilib, Azərbaycanda film kimi OLAY – Əvvəl ana, sonra nənənin küçəyə atdığı bacılar sığınacağa YERLƏŞDİRİLDİ, Qazaxda mina partladı - Yaralı var, Konsulun vəzifələri artırıldı, VI Ümumdünya Mədəniyyətlərarası Forumda 700 qonaq olacaq,

Erməni kilsəsi İsraili qarışdırır - Yerusəlimdə görünən Fransa izi - TƏHLİL

Erməni kilsəsi İsraili qarışdırır - Yerusəlimdə görünən Fransa izi - TƏHLİL

Tarix: 5-04-2024, 16:28


Kilsə dünya erməniləri üçün yaradılan problemlərin mənbəyidir. Onların son 200 ildə Cənubi Qafqazda, xüsusən Azərbaycandakı əməlləri bunu təsdiqləyir.

Bu dəfə kilsə ermənilərə İsraildə problem yaradıb. Yerusəlimdə (Qüds) ermənilərlə yəhudilər arasında yenə toqquşma olub. Qüdsün “İnək bağı” adlanan məhəlləsində asayişi yerli kilsənin rəhbərliyi pozub. Ermənilər yenə torpaq məsələsi ilə bağlı qalmaqal yaradıb. Məlumatlara əsasən, həmin məhəllədəki torpaqlar icmadan xəbərsiz iş adamlarına satılıb.

Qeyd edək ki, şəhərin cənub-qərbində yerləşən erməni məhəlləsinin iki minə yaxın sakini var. Onlar IV əsrdə ilk dəfə xristianlığı qəbul etdikləri üçün Yerusəlimə iddia edirlər. Başqa sözlə, bu etnosun nümayəndələri Yerusəlimə yəhudilər və fələstinlilərdən daha çox haqları olduqlarını bildirirlər. Bu səbəbdən də perspektivdə Qüds uğrunda mübarizəyə ermənilərin də ayrıca qoşula biləcəyi ehtimalı var. Hazırda onlar bu məsələdə ərəbləri dəstəkləməklə yəhudilərə qarşı çıxırlar.

Məlumata görə, həmin ərazi gizli şəkildə 99 illiyə Avstraliyadan olan yəhudiəsilli iş adamına icarəyə verilib. Orada elitar binaların tikiləcəyi gözlənilir.

Erməni kilsəsi İsraili qarışdırır - Yerusəlimdə görünən Fransa izi - TƏHLİL

Erməni icmasının nümayəndələri iddia edirlər ki, həmin torpaqlar 700 ildir onlara məxsusdur. Bildirilib ki, ərazinin ermənilərin əlindən alınması Yerusəlimin mozaikasını dəyişəcək.

Yerusəlim erməni apostol kilsəsinin patriarxı Nurxan Manukyan torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqaviləni imzaladığını etiraf edərək tabeliyində olan keşişlərə inamının qurbanı olduğunu, aldadıldığını bildirib.

Həmin hadisədən sonra Baret Yeretsyan adlı keşiş erməni məhəlləsindən qovulub. Məlumatlara əsasən, o, ABŞ-yə, Kaliforniyaya mühacirət edib. Baret Yeretsyan ABŞ-də yerli jurnalistlərə müsahibəsində barəsində deyilənləri təkzib edərək bunun ideoloji motivli olduğunu bildirib.

Həmin vaxtdan etibarən hər həftə ermənilər etiraz aksiyası keçirərək sövdələşmənin ləğvini tələb edirlər.

Ötən gün Yerusəlimdə yəhudilər polisin müşayiəti ilə ermənilərin yaşadığı “İnəklər bağı” məhəlləsinə daxil olaraq hasarları dağıdıblar. Bildirilib ki, bu zaman ermənilərlə yəhudilər arasında qarşıdurma yaranıb. Məlumata görə, əvvəllər də həmin əraziyə nəzarət uğrunda toqquşmalar baş verib. İnsidentlə əlaqədar İsrailin erməni icmasının təmsilçiləri etiraz aksiyaları keçiriblər.

Yeri gəlmişkən, ermənilərin İsraildə qarşıdurma yaratması ilk hadisə deyil. Ötən il yanvarın sonunda ermənilərin İsrailə iddiası yəhudilərlə kütləvi toqquşmalara səbəb olub. Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir” deməsi tərəflər arasında qarşıdurma yaradıb. Etiraz edən yəhudiləri ermənilər təqib edib. Bunu görən yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırmışdı. Onda qarşıdurmaya polis əməkdaşları müdaxilə etmişdi. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını almış, iğtişaş yaradan Gevorq Kaxkecyan 20 sutka ev dustaqlığına məhkum edilmişdi.

Ümumiyyətlə, ötən il İsraildə erməni separatçılarının fəallığı da hiss olunub. Buna misal kimi ermənilərin İsraildəki “Noyan Tapan” Mədəniyyət və Təhsil Mərkəzinin yaydığı bəyanatı da göstərmək olar. Mərkəz iddia etmişdi ki, guya İsraildə ayrı-seçkiliklə qarşılaşırlar.

Ermənilər İsraildə təkcə ictimai, siyasi, mədəni, mülkiyyət məsələləri ilə bağlı qalmaqal yaratmır. Onlar məişətdə də özlərini yəhudilərə qarşı qoyurlar. Ötən il Yerusəlimin xristian məhəlləsində ermənilərə məxsus restoranda onların milliyyətçiləri ilə yəhudilər arasında kütləvi dava düşmüşdü.

Ötən gün Qüdsdə baş verən hadisəyə Ermənistandan əvvəl Fransa münasibət bildirib. Bu ölkənin Yerusəlimdəki Baş konsulluğu erməni məhəlləsində aprelin 4-də baş verən məlum hadisədən narahatlığını ifadə edib: “Biz İsrail hakimiyyətini Yerusəlimin "status-kvo"nu şübhə altına alan hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırırıq”.

Fransanın İsraildə erməniləri müdafiə etməsi yeni siyasi qarşıdurmaya səbəb ola bilər. Çünki ermənilər İsrailə, Qüdsə iddia edir. Bildirirlər ki, Yerusəlimdə yeni yaşayış məntəqələrinin salınması ermənilərin sıxışdırılmasına səbəb olacaq. Bu da şəhərdə yeni qarşıdurmanın yaranmasına dair siqnal sayıla bilər. Fransa Baş konsulluğunun “status-kvo” ilə bağlı xəbərdarlığı isə rəsmi Parisin məsələyə dair yeni planının olduğunu ehtimal etməyə əsas verir.

Onsuz da Fransa Avropa ölkələri arasında antisemit çıxışlara görə aparıcı yerdədir. Ona görə də perspektivdə rəsmi Parisin erməni məhəlləsində də özünü göstərəcəyi gözləniləndir. Livan “Hizbullah”ı İsrail ərazisini raket atəşinə tutur, HƏMAS-ı dəstəkləyərək İsraillə müharibə edir. Fransa isə Livanın beynəlxalq aləmdə himayədarı sayılır. Belə çıxır ki, Yelisey sarayının İsraili atəşə tutan bu silahlı-siyasi qruplaşma ilə müəyyən əlaqəsi var.

Bu baxımdan, Qüds uğrunda mübarizədə ərəb-erməni cütlüyünü Fransa da müdafiə edir. Belə bir zəncirin İranla davam edəcəyi ehtimalı yox deyil. Bu zəncirdə hər tərəfin öz marağı var. Hədəf isə birdir - İsrail!

Ümumiyyətlə, Yaxın Şərqdə baş verən hadisələrdə Ermənistan və ermənilər İranla Rusiyanın yanındadır. Fransa isə regionda itirilmiş nüfuzunu bərpa etmək üçün istənilən çöpdən yapışır. Bu məsələdə onun “Hizbullah” və Livan hakimiyyəti kimi proksi qüvvəsinə Yerusəlimdəki erməni məhəlləsi də qoşulur.

Vaxtilə ermənilər Qarabağda Topxana meşəsini dağıtmaq, Sumqayıtda iğtişaşlar yaratmaq, Ermənistandan 300 min qərbi azərbaycanlını qovmaqla Azərbaycana qarşı fəaliyyətə başladılar. İsraildə isə bənzər hadisə “İnək bağı”nda baş verir. Fransanın məsələyə müdaxiləsi İsraillə bağlı səhnəni tamamlayır.

Ona görə də erməni kilsəsi, Fransa ilə birlikdə tələsini bu dəfə Qüdsdə qurub. Hələ ki, bu, adi hadisə kimi qarşılanır...




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR