Son Xəbər: C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb, Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir, Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir, İlham Əliyev "Avaza" Kompleksinə gəlib, İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib, Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq,

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin

Tarix: 16-04-2024, 12:00

"Ermənilərin Qarabağı tərk etməsindən sonra Rusiya sülhməramlılarının həmin bölgədə olması üçün daha az səbəb var".

Bunu “Qazeta.ru”ya müsahibəsində Rusiya Dövlət Dumasında MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycan sülhməramlıların çıxarılması məsələsini ona görə qaldırmayıb ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etməsin.

“Bu gün Qarabağda sülhməramlıların olması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə bağlıdır. Qarabağda erməni əhalisi olmadığından sual yaranır: bizim sülhməramlılarımızın orada nə işi var?”.

Zatulinin fikrincə, sülhməramlılarımızın Qarabağda olmasının səbəbləri azdır.

Qeyd edək ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının ermənipərəst deputatı kimi tanınır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR