Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB

Tarix: 17-04-2024, 13:36

 

Hazırda “Netflix” platformasında ən çox izlənilən “3 cisim” çoxseriyalı filmi dünyanı silkələməkdədir. 

Film Türkiyədə böyük narazılıqla qarşılanıb. Bunun da səbəbi var

Filmin ssenarisinə əsasən, Yer kürəsindən kainatın dərinliyinə bir mesaj göndərilir. Gözlənilmədən bu mesaja cavab gəlir. Yer kürəsindən 400 illik məsafədə olan çox inkişaf etmiş bir planetin sakinləri Yeri istila etməyə gəldiklərini bildirilər.

Yerdə insan qalmayacaq və gələcək nəsillərin həyatını xilas etmək üçün BMT 3 nəfər nümayəndə seçir. Bunlardan biri çinli astrofizik, digəri britaniyalı alim, üçüncüsü isə türkiyəli qadındır və PKK  terror qrupunun döyüşçüsüdür.

Türkiyəni filmdə narahat edən də məhz bu məqamdır. Ölkənin adı alimlə, qəhrəman döyüşçülərlə yox, terrorçu ilə anılıb.

Türkiyə  Mədəniyyət Nazirliyi filmin istehsalçısı Hollivuda ssenari ilə bağlı etiraz məktubu göndərsə də, hələlik cavab alınmayıb.(Lent)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR