Son Xəbər: Dünyanın ən uzun mahnısı - 25 ildir ifa olunur, Həcc ziyarəti bu tarixdə BAŞLAYIR, Prezident ABŞ nümayəndə heyətini qəbul edib, Vəzifəli şəxslərin siyahısı genişləndirildi, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib., İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb, Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib, Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH, Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI, Mayın ilk gününün havası açıqlanıb,

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb

Tarix: 17-04-2024, 16:07

Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 13A, mənzil 42 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Yasir Oqtay oğluna məxsus “Qat-Qat Cake Shop” şirniyyat mağazasında plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub. Qida obyektinin satış vitrinində istifadə müddəti bitmiş tortlar aşkarlanıb. Həmçinin baxış zamanı temperatur rejiminə əməl olunmadığı, bəzi tortlarda isə aşkar kiflənmə əlamətləri müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək istehlaka yararsız məhsulların satışının qarşısı alınıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR