Son Xəbər: İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb, Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib, Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH, Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI, Mayın ilk gününün havası açıqlanıb, Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək, “Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA, Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU, Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ, Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı,

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib

Tarix: 17-04-2024, 16:40

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) Prezidenti Sultan Əl-Cabir Yaponiya parlamentində iqtisadiyyat, sənaye və ticarət nazirinin müavini Yosido Nobuhiro ilə qarşıdan gələn COP29-da iqlim maliyyələşdirməsinin artırılması üçün etibarlı icra planının zəruriliyini müzakirə edib.

Bu barədə COP28-in "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.

“Əbu-Dabidə keçirilən görüşdə Sultan Əl-Cabir Yaponiyaya COP28 və BƏƏ Konsensus təşəbbüslərinə davamlı dəstəyinə görə təşəkkür edib. Onlar, həmçinin qarşıdan gələn COP29-da artan iqlim maliyyələşdirməsini həyata keçirmək üçün etibarlı və iddialı planın hazırlanmasının zəruriliyini, eləcə də COP30 üçün genişləndirilmiş Milli İqlim Öhdəliklərinin (NDCs) həyata keçirilməsini müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR