Son Xəbər: Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək", Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır, Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır, Dünyanın ən uzun mahnısı - 25 ildir ifa olunur, Həcc ziyarəti bu tarixdə BAŞLAYIR, Prezident ABŞ nümayəndə heyətini qəbul edib, Vəzifəli şəxslərin siyahısı genişləndirildi, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib., İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb, Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib,

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV

Tarix: 18-04-2024, 12:35

 

Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiyanın yeni daxili işlər naziri ola biləcəyi iddia edilir.

 Bildirilir ki, Vladimir Putinin yenidən prezident seçilməsindən sonra ölkənin Nazirlər Kabinetində ənənəvi kadr yenilənməsi gözlənilir.

Hazırda ölkədə hansı nazirin öz vəzifəsində qalacağı, hansı nazirin isə istefaya göndəriləcəyi məsələsi əsas müzakirə mövzularından biridir. 

Portal yazır ki, müzakirə olunan nazirlər arasında ölkənin hazırkı daxili işlər naziri Vladimir Kolokoltsev də var və martda “Crocus City Hall”da baş verən terror aktından sonra onun nüfuzu bir qədər sarsılıb. 

Ekspertlər tərəfindən hazırda Kolokoltsevi vəzifəsində əvəz edə biləcək əsas 3 namizədin adı hallanır ki, onlar arasında Ramzan Kadırov da var. 

Digər iki namizəd isə 2012-ci ildən hazırkı nazirin müavini Arkadiy Qostev və Rusiya prezidentinin köməkçisi, Yaroslavl vilayətinin keçmiş rəhbəri Dmitri Mironovdur. 

Bununla belə portal vurğulayıb ki, sözügedən məsələ bilavasitə olaraq ölkənin dövlət başçısının səlahiyyətində olduğundan, ekspertlər rəsmi olaraq namizədlərlə bağlı proqnoz vermirlər.(WellNews)

Fotoda Vladimir Kolokoltsev

 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR