Son Xəbər: Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH, Prezident ipoteka haqqında qanunu təsdiqlədi, Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI, Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi, İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir, Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI, İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır, Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək", Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır, Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır,

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var

Tarix: 18-04-2024, 15:05


Hazırda Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. 

Bu barədə “Qaynarinfo”ya məlumat daxil olub

Belə ki, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, R. İsmayılova qərarı icra etməyib.

Bu səbəbdən icra məmuru tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərarı ilə Rəqsanə İsmayılovanın Goranboy rayonunda və digər yerlərdə yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

R. İsmayılova qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. İşə hakim Elşən Kazımovun sədrliyi ilə baxılacaq.

Məsələ ilə bağlı R. İsmayılova açıqlamasında xəbəri əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib. Müğənni bu barədə geniş danışmaq istəmədiyini bildirib: “Köhnə söhbətdir və məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR