Son Xəbər: Sürücülərin NƏZƏRİNƏ: bu yolda hərəkət məhdudlaşacaq, Yaşı tamam olsa da pensiya almayan şəxslər nə etməlidir? - CAVAB, İlham Əliyev Kalaşnikovu qəbul edib, Tbilisdə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb - YENİLƏNİB, Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib, Ermənistan DİN-dən Qazaxın Xeyrimli kəndi ilə bağlı AÇIQLAMA, Rusiya intiqam almağa HAZIRLAŞIR – “Ukraynanın bu obyektləri VURULACAQ”, Şamaxıda DƏHŞƏT: kafenin həyətində özünü asdı, Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt, İlham Əliyev İraqa səfər edəcək,

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

Hindistanda dünyanın ən böyük seçkiləri başladı

Tarix: 19-04-2024, 12:02

Hindistanda dünyanın ən uzun müddət davam edəcək parlament seçkiləri başlayıb. 

Səsvermə 7 mərhələdən ibarət olacaq.

Belə ki, seçki prosesi 19 aprel, 26 aprel, 7 may, 13 may, 20 may, 25 may və 1 iyun olmaqla növbə ilə ölkənin 28 ştatında və 8 ittifaq ərazisində müxtəlif seçki dairələrində baş tutacaq. 

Seçkinin nəticələri isə iyunun 4-də məlum olacaq. Bu, dünyada ən uzun müddət davam edəcək seçkilər hesab edilir. 

Ümumilikdə namizədlər parlamentin aşağı palatası Lok Sabhada 543 yer uğrunda mübarizə aparacaqlar. Partiya və yaxud koalisiyalar üstünlüyə nail olmaq üçün azı 271 yer qazanmalıdırlar. 

Bununla yanaşı, sözügedən parlament seçkiləri qeydiyyata alınan seçici sayına görə də dünya üzrə rekorda imza atıb. Hindistanın Seçki Komissiyasının məlumatına görə, 18 yaşına çatan bütün vətəndaşlar səsvermə hüququna malikdirlər və ümumi seçicilərin sayı 968 milyon nəfərdir. Onlardan 497 milyonu kişi, 471 milyonu isə qadındır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR