Son Xəbər: Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib, Yunis Səfərovla bağlı yeni QƏRAR, Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir, İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA, Bahar Muradova: Media məhsulları sosial şüura təsir göstərir, İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH, Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir, Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası müşahidə olunur, İsrailə endirdiyimiz zərbədə gizli məqamlar… - SEPAH, “Avroviziya”ya bu ölkənin bayraqları ilə giriş qadağan edildi,

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış

Tarix: 20-04-2024, 09:28


BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırır.

Bu barədə BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

Baş katib Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyaları arasında əldə edilmiş razılaşmanı alqışladığını bildirib:

“Baş katib tərəfləri sərhədin qalan hissələrinin delimitasiyası və demarkasiyasını davam etdirməyə və münasibətlərin tam normallaşması üçün bütün həll olunmamış ikitərəfli məsələləri həll etməyə çağırır”.

Qeyd edək ki, ötən gün Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR