Son Xəbər: UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək, Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir, Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib, Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik, Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib, Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub, Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb, Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub, Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb,

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Tarix: 22-04-2024, 10:12

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan və Ermənistan arasında dörd kənd ərazisində quru sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı razılaşmanı alqışlayır və iki ölkə arasında etimadın yaradılması və sülhün möhkəmləndirilməsi prosesini yaxından izləyir.

Bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyinin rəsmi saytında açıqlama yayımlanıb. Məlumatda razılaşmanın kommunikasiya və dialoq körpülərinin güclənməsinə, Qafqaz regionunda sabitliyin və konstruktiv əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəyinə ümidvarlıq ifadə olunur.

Rəsmi saytda BƏƏ dövlət naziri Əhməd Əli Əl-Sayeğin açıqlamasına istinadən bildirilir ki, birbaşa kommunikasiyalar vasitəsilə bərqərar olan bu müsbət inkişaf həm regional, həm də beynəlxalq səviyyədə inkişafı və sülhü gücləndirəcək. Hər iki ölkəyə və onların xalqlarına fayda gətirəcək, gələcək tərəqqi və yüksəlişə nail olmaqla, onların qarşılıqlı maraqlarını yerinə yetirəcəkdir.

Birləşmiş Ərəb Əmirlikləri həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə sıx və dəyərli əlaqələrə malikdir. BƏƏ regionda sülh və sabitliyin bərqərar olmasını dəstəkləyir məsələlərin dinc və qarşılıqlı dialoq yolu ilə həllini vacib hesab edir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR