Son Xəbər: Berlində texnologiya şirkətində yanğın olub - Sakinlərə xəbərdarlıq edildi, “Nazirliyə 8-10 faiz “otkat” qaytarırdıq”, Tbilisidə keçirilən dünənki aksiyada 23 nəfər saxlanılıb, Qeyri-sabit hava nə vaxtadək davam edəcək?, Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA, Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı, Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib, Yunis Səfərovla bağlı yeni QƏRAR, Ağdamda minalarla bağlı xüsusi sessiya işə başlayıb - 700 mötəbər qonaq iştirak edir, İran nüvə proqramını dünyadan necə GİZLƏDİR? – SENSASİON AÇIQLAMA,

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL

Tarix: 22-04-2024, 14:23

Böyük səs-küy və ajiotaja rəğmən 5 aprel - Brüssel görüşünün nəticələri Ermənistanda o qədər də təqdir edilmir. Məsələn, ötən həftə Paşinyan hakim partiya üzvləri ilə görüşdə Brüssel toplantısı barədə cəmi 3 dəqiqə danışıb. Görüşü izləyən azsaylı erməni jurnalistləri yazır ki, Paşinyan Brüsseldə əldə olunan nəticələrdən o qədər də razı deyil.

Erməni mətbuatı qeyd edir ki, aysberqin yalnız görünən hissəsi barədə mühakimə yürütmək mümkündür:

“Amma görüşün açıqlanmayan tərəfi daha maraqlıdır. Lakin baş nazir bu görüş barədə çox danışmaq istəmir. Görüşdən belə bir nəticə aydın olub ki, ABŞ və Qərb Ermənistan iqtisadiyyatının şaxələndirilməsi prosesində yaranan hər hansı maneəni və arzuolunmaz nəticələri aradan qaldırmağa hazır olduğuna dair təminat verməyib”.
 
Lars yolu təhlükədədir

Ona görə də ermənilər indiki vəziyyətdən çox narahatdır. Çünki Rusiya Lars yolunu bağlasa, Ermənistanı çox böyük iqtisadi fəlakət gözləyər. Qərbsə bu halda Ermənistana alternativ variant təklif etməyib.

“ABŞ və Aİ sadəcə olaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizliyi ilə bağlı bütün problemləri müzakirə etməli olduqlarını bildirib. Ermənistana nəsə lazımdırsa, onlar oturub müzakirə etməyə hazırdırlar. Verəcəklər, ya verməyəcəklər, hansısa problemi həll edəcəklər, ya həll etməyəcəklər - bu, artıq başqa sualdır”- bu sətirləri məlum görüşdən sonra Ermənistanın populyar “Hraparak” nəşri yazıb.

Əcnəbilər Ermənistandan investisiyalarını geri çəkir

Ümumiyyətlə, Brüssel görüşündən sonra təkcə Ermənistanda yox, bütün dünya ermənilərində ruh düşkünlüyü yaranıb. Çünki Qərb Ermənistana yaxşı heç nə vəd etmir. Qərb hətta Ermənistana əsaslı investisiya qoymaq fikrindən çox-çox uzaqdır. Məsələn, Ermənistan baş nazirinin keçmiş müavini, Amerika Universitetinin Biznes və İqtisadiyyat Kollecinin dekanı Vaçe Qabrielyan Brüssel görüşündən sonra deyib ki, Ermənistanda heç kim yeni texnologiyalarla istehsala investisiya qoymaq fikrində deyil:

“Bəzi iri mühasibat şirkətləri artıq Ermənistanı tərk ediblər, çünki burada belə xidmətlər üçün böyük bazar yoxdur.İnvestisiya baxımından son illər heç bir dəyişiklik yoxdur. Hər halda, hətta son 10-15 ildə bizdə investisiyalar baxımından ciddi irəliləyişlər yoxdur”.

Qərb Paşinyandan LGBT icmasına qayğı tələb edib?

Paşinyanın hakim partiya üzvləri ilə görüşündən sonra Ermənistan KİV-ləri məlumat yayıblar ki, Brüssel görüşündə əsasən üçüncü-dördüncü dərəcəli məsələlər müzakirə edilib:

“LGBT icmasının maraqlarının təşviqi və mübahisəli İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı müzakirələr olub”.

Göründüyü kimi, Brüssel görüşü ümidləri doğrultmayıb. Ona görə də ermənilər ciddi təşviş içərisindədir. Ermənilər təkcə Qərbdən yox, hətta  böyük bacıları-Fransadan da ümidlərini kəsiblər.

Məsələn, ötən cümə Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan videomüraciətində bildirib ki, Fransa rəhbərliyi əmin edib ki, Azərbaycanla müharibə olacağı təqdirdə Ermənistanı qoruya bilməyəcəklər:

“Mən Fransa rəhbərliyi ilə danışdım və soruşdum ki, sabah və ya haçansa, Azərbaycanla müharibə olacaqmı? Əgər bu baş versə, Qərb öz qoşunlarını göndərəcəkmi? Cavab isə “yox” idi. Onlar etiraf etdilər ki, bu gün Qərb Ermənistanı qorumaq iqtidarında deyil”.

Erməni diasporundan maraqlı çağırış

Maraqlıdır ki, Qərbin bu mövqeyi erməni diasporları arasında da kəskin fikir ayrılığı yaradıb. Məsələn, Ermənistanda Bibliya Cəmiyyətinin Ərəb körfəzi ölkələrinin baş katibi, Küveytdə yaşayan erməni Hrayr Jepejyan bildirib ki, Ermənistanla diaspor arasında çox ciddi ziddiyyətlər və qarşıdurmalar yaranıb:

“Təəssüf ki, 2018-ci ildən sonra, xüsusən də 2020-ci ildən başlayaraq Ermənistan-diaspor münasibətlərində çatlar yarandı, biz bir-birimizdən uzaqlaşdıq və bu gün də biz lazım olan yerdə deyilik”.

Jerejyan Qərbdənsə Azərbaycanla münasibət qurmağın tərəfdarı oluğunu bildirib:

“Mən başa düşürəm ki, Ermənistan Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Bu baxımdan onun Türkiyə və Azərbaycanla münasibətləri normallaşmalıdır”.

Görünən odur ki, Ermənistan rəsmiləri də Qərbdən ümidlərini kəsiblər. Bəlkə də elə buna görə Paşinyan bu gün Qərblə danışıqlardan daha çox erməni cəmiyyətini Azərbaycanla sülhə hazırlamaqla məşğuldur. Təsadüfi deyil ki, son 20 gündə Paşinyan iki dəfə Azərbaycanla sərhəd əraziyə gəlib. Burdakı əhali ilə görüşüb. Görüşünsə məğzi Azərbaycan kəndlərinin geri qaytarılması olub.

"Azərbaycanla yaxınlıq erməniləri ruhlandırmalıdır".

Bunu Paşinyan Qazaxla sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib. O bildirib ki,  məqsədimiz, ideyamız ondan ibarətdir ki, “Azərbaycan 50 metr uzaqdadır” kəlməsini həyəcanla deməyin:

“Deyin ki, yaxşı ki, Azərbaycan 50 metr aralıdadır. Orada (Azərbaycanla sərhəd kəndlər nəzərdə tutulur) ticarətlə məşğul olacağıq, təsərrüfat yaradacağıq. Ola bilsin ki, həmin yollardan avtomobillər keçsin və Ermənistan Respublikasına ödənişlər ediləcək keçid məntəqəsi də tikilsin”.

Nəzərə alaq ki, bu Paşinyanın son 5 ildə real sülhə ilk çağırışıdır. Bu da onu göstərir ki, rəsmi İrəvan gec də olsa anlayıb ki, Ermənistanın gələcəyi və rifahı Qərbdən yox, Azərbaycan və digər qonşu dövlətlərlə mehriban qonşuluqdan keçir.

Bəs, Paşinyan iqtidarı dərk etdikləri həqiqətə çatmaq üçün nə qədər əzmkar olacaq?

Bunu artıq zaman göstərəcək…

Bizim.Media




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR