Son Xəbər: Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq, Rusiya Volodimir Zelenskini axtarışa verib, Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR, COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI, Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ, Gimnastlarımız Avropa Kubokunda medal qazandı, Müsavat Partiyasının qurultayı KEÇİRİLİR, Azərbaycan neftinin qiyməti 85 dollara düşüb, “Green card”a müraciət edənlərin NƏZƏRİNƏ, Berlində texnologiya şirkətində yanğın olub - Sakinlərə xəbərdarlıq edildi,

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Şimali Makedoniyada prezident seçkiləri keçirilir

Tarix: 24-04-2024, 09:27

Şimali Makedoniyada prezident seçkiləri başlayıb.

Gün ərzində respublikanın 1,81 milyona yaxın vətəndaşı səsvermə hüququndan istifadə edə biləcək və onlar dövlət başçısı vəzifəsinə yeddi namizəddən birini seçəcəklər.

Ekspertlərin fikrincə, bu vəzifəyə əsas namizədlər Makedoniya Sosial Demokrat İttifaqı tərəfindən dəstəklənən hazırkı prezident Stevo Pendarovski və ən böyük müxalifət partiyası olan “Daxili Makedoniya İnqilabi Təşkilatı - Makedoniya Milli Birliyi Naminə Demokratik Partiyası”nın namizədi Siljanovska-Davkova Qordanadır. Hər iki siyasətçi 2019-cu il prezident seçkilərinin ikinci turunda iştirak edib.

Dövlət Seçki Komissiyasının məlumatına görə, respublikada 3 480 seçki məntəqəsində saat 07:00-dan 19:00-dək (Bakı vaxtı ilə 09:00-dan 21:00-dək) səsvermədə 1 814 317 vətəndaş iştirak edə bilər ki, onların da 2,5 mindən çoxu xaricdəki səfirliklərdə və konsulluq idarələrində səs vermək imkanına malikdir. Prezident seçkilərini 342 yerli və 568 xarici müşahidəçi izləyəcək.

Respublikanın Dövlət Seçki Komissiyası lazımi sayda seçici imzasını, yəni 10 mindən çox seçici və ya 30-dan çox deputat imzasını toplayan yeddi namizədin siyahısını təsdiq edib. Milli qanunvericiliyə uyğun olaraq, seçkilərin baş tutmuş sayılması üçün qeydə alınmış seçicilərin azı 40 %-i iştirak etməlidir. Əks halda yenidən prezident seçkiləri keçiriləcək.(TASS)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR