Son Xəbər: Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb, TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb, Laos Prezidenti Rusiyaya səfər edəcək, Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq, Rusiya Volodimir Zelenskini axtarışa verib, Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR, COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI, Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ, Gimnastlarımız Avropa Kubokunda medal qazandı, Müsavat Partiyasının qurultayı KEÇİRİLİR,

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib

Tarix: 24-04-2024, 12:04

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlərin seçimi (Azərbaycan və rus bölməsi) üzrə növbəti qeydiyyat başlayıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, bu gündən başlayan qeydiyyat prosesi mayın 1-i saat 23:59-da başa çatacaq.

Azərbaycan bölməsi üzrə vakant yerlərə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər. Bundan əlavə, 2023-2024-cü illərdə test imtahanından uğurla keçən, lakin müsahibədə iştirak etməyən namizədlər də qeydiyyatdan keçə bilərlər (müsahibədə iştirak etmək şərti ilə). Namizəd Azərbaycan bölməsi üzrə bir məktəbəqədər təhsil müəssisəsi seçə bilər.

Rus bölməsi üzrə vakant yerlərə qeydiyyatda isə 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı mərhələsindən uğurla keçən, lakin müsahibəyə qatılmayan namizədlər iştirak edə bilərlər. Namizəd müsahibəni uğurla keçəcəyi halda test imtahanında topladığı bala uyğun olaraq seçdiyi yerlər üzrə yerləşdiriləcək. Rus bölməsi üzrə namizədə üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı veriləcək.

Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR