Son Xəbər: Ağdərədə sümük fraqmentləri aşkarlanıb, Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq, Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb, TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb, Laos Prezidenti Rusiyaya səfər edəcək, Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq, Rusiya Volodimir Zelenskini axtarışa verib, Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR, COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI, Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ,

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək

Tarix: 24-04-2024, 12:33

İyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

Bu, işğaldan azad edilmiş ərazilərdə ilk hərrac olacaq.

Hərracda Laçında yerləşən “Əhmədli” (45,2 ha) və Qubadlıda yerləşən “Hacılı” (18,5 ha) mişardaşı yataqları investorlara təklif olunacaq.

İddiaçılar hərracda iştirak üçün tələb olunan sənədləri 5 iyun 2024-cü il saat 18:00-dək “Bakı KOB evi”nə (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər.

Hərrac Zəngilan rayonu, Ağalı Kənd İcma Mərkəzinin inzibati binasında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/44aKyqB) və “Özəlləşdirmə portalı”nda (https://bit.ly/4aNreCh) tanış olmaq olar.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR