Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR

Tarix: 27-04-2024, 11:26

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.
Lakin Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən tikinti şirkətləri və müəyyən qurumlar və Nərimanov bələdiyyəsi sözügedən məsələdən xəbərsizdirlər. Artıq Nərimanov rayonunda qanunsuz ağac kəsilməsi adi hal alaraq “ekoloji genosid”ə çevrilib.
Tribunainfo.az xəbər verir ki, rayonun Faiq Yusifov küçəsində yerləşən MTK-nın qaşısında iri gövdəli çoxillik 17 ədəd zeytun ağacı kəsilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən həmin ərazidə 14 ağacın olması barədə akt tərtib olunduğu və 2 ağacın köçürülməsinə ekoloji rəy verildiyi açıqlanıb. Tikinti şirkətindən birdirilib ki, 17 ədəd ağacın köçürülməsi ilə bağlı bələdiyyə sədri ilə sövdələşiblər, bələdiyyə sədrinin rəhbərliyi ilə ağaclar kəsilərək aparılıb. Məlum olur ki, Təmraz Tağıyev maddi maraq müqabilində bələdiyyə sədri səlahiyyətlərindən kənara çıxaraq artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin vəzifə səlahiyyətlərini də icra edir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə sorğumuza cavab olaraq qeyd olunan ünvanda ağac kəsilməsi ilə bağlı məlumat daxil olan kimi əraziyə baxış keçirildiyi, 14 ədəd zeytun ağacının qanunsuz köçürüldüyü faktı təsdiqlənib. Həmçinin, tikinti şirkəti tərəfindən yaşıllığın götürülməsi və ya köçürülməsinə dair hər hansı bir sənədin təqdim edilmədiyi və qeyd olunan qanunsuzluqla bağlı Baş Prokurorluğa müraciət olunduğu bildirilib. Ümid edirik ki, ağac kəsmə ilə məşğul olaraq yaşıllığa qənim kəsilən bələdiyyə sədrinin qanunsuz əməllərinə hüquqi qiymət veriləcək. Görünən isə mötəbər “COP 29” ilində rayon ərazisində yaşıllığın məhv edilməsinə aidiyyati qurumların biganə yanaşmasıdır.(Tribunainfo.az)
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR