Son Xəbər: Prezidentlərin təkbətək görüşü başladı, Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR, Baş nazirə hücumdan şoka düşmüşəm - Paşinyan, NBA-da ilk yarımfinalçı müəyyənləşib, Hərbçimiz vəfat etdi, Mayın 16-nın ULDUZ FALI: Çoxlu istirahət, sağlam qidalanma və..., Slovakiyalı naziri güllələyən yazıçının oğlu danışdı, Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib, Peter Mixalko: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişi dəstəkləyir, Pelleqrini: Baş nazirə sui-qəsd Slovakiya demokratiyası üçün görünməmiş təhlükədir,

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

NATO-nun Baş katibi: Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi

Tarix: 29-04-2024, 18:21

 

Avropa Ukraynaya dəstəklə bağlı vədini yerinə yetirmədi.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ rəhbərliyi yardım paketi ilə bağlı bir neçə ay razılığa gələ bilmirdi: “Mən bilirəm ki, yardımla bağlı ciddi gecikmələr döyüş meydanında ciddi mənfi nəticələr deməkdir. Rusiya silahlanma ilə bağlı aylar boyu ciddi üstünlüyə malik oldu”.

Y.Stoltenberqin sözlərinə görə, Rusiya cəbhədə irəliləyə bilib: “Ancaq Ukraynanın üstünlük əldə etməsi üçün hələ də gec deyil. Daha çox yardım yoldadır. NATO müttəfiqlərinin dəstəyi ilə Ukrayna döyüş meydanında üstünlük qazana bilər”.

Baş katib qeyd edib ki, Alyans üzvləri Kiyevə dəstəyi artırmaqla bağlı razılığa gəliblər: “ABŞ-nin yeni yardım paketini təsdiqləməsi, Böyük Britaniyanın ən böyük yardım paketini elan etməsi, Almaniyanın əlavə hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi və Niderlandın yardımı artırması buna nümunədir”.

Y.Stoltenberq yaxın vaxtlarda müttəfiqlərdən Ukraynaya yardımla bağlı yeni açıqlamalar gözlədiyini diqqətə çatdırıb: “Alyans üzvləri Kiyevə kömək etməlidir. Biz həmçinin Ukrayna ilə birgə silah istehsalı üzərində işləyirik”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR