Son Xəbər: Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb, Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur, Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB, “Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik”, Kobaxidze: Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığı həqiqətən vacibdir, Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH, Lukaşenko Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO, Tarixi ədalətə üz çevirib, özləri tarix olan MİNSK QRUPU – TƏHLİL, Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR, “Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək,

Mayın ilk gününün havası açıqlanıb

Mayın ilk gününün havası açıqlanıb

Tarix: 30-04-2024, 12:46

May ayının ilk günündə Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR