Son Xəbər: “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi, Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?, Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib, İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub, Lamiyə Vəliyeva dünya çempionu oldu, Sabah hava belə olacaq, Özünü asan qız son anda xilas edildi, Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR, BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb, BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr,

Zərdabda ağır qəza, ölən var - Fotolar+Yenilənib

Zərdabda ağır qəza, ölən var - Fotolar+Yenilənib

Tarix: 7-05-2024, 21:57


Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şəftəhal kəndi ərazisində qeydə alınıb.

Belə ki, Zərdab-Mollakənd yolu ilə hərəkət edən “Mercedes” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər hadisə yerində ölüb.

Araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 18 radələrində Ağcəbədi rayon sakini X.Paşayev idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsilə Zərdab rayonunun Şəftəhal kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra isə idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR