Son Xəbər: “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi, Son illərin TRENDİ – Yoqa gimnastikadır, yoxsa dəb?, Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib, İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub, Lamiyə Vəliyeva dünya çempionu oldu, Sabah hava belə olacaq, Özünü asan qız son anda xilas edildi, Mayın 18-nin ULDUZ FALI: Bürclər üçün DƏYƏRLİ MƏSLƏHƏTLƏR, BMT-nin mənzil-qərargahında kondisionerlər söndürülüb, BİZİM TƏQVİM: 18 mayda baş vermis tarixi hadisələr,

Qəza prokuror Bakıya gələrkən olubmuş - Təfərrüat

Qəza prokuror Bakıya gələrkən olubmuş - Təfərrüat

Tarix: 8-05-2024, 10:39


Bakı Şəhər Prokurorluğunun Prokurorluqda İstintaqa Nəzarət Şöbəsinin prokuroru 1983-cü il təvəllüdlü Müşfiq Oruc oğlu Abdullayevin ölümü ilə nəticələnən qəza barədə cinayət işi açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması-ölümlə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bildirilib ki, hadisə dünən sübh vaxtı Bakı-Qazax magistralının 289.4-cü kilometrliyində baş verib. Müşfiq Abdullayev Gəncədəki evindən çıxaraq “Lexus” markalı 10 MA 133 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı istiqamətinə hərəkət edirmiş. Saat 06:15 radələrində avtomobil Yevlax rayonu ərazisində hərəkətdə olarkən onun idarəetməsindən çıxaraq aşıb. Nəticədə M.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin ehtimala görə, qəza prokurorun yuxulu olması səbəbindən baş verib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Müşfiq Abdullayev kənd təsərrüfatı nazirinin sabiq müavini, Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun və Ağstafanın sabiq polis rəisi Elsevər Aslanovun bacısı oğludur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR