Son Xəbər: Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib, Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib, Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib, İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib, Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib, Qubada iki avtomobil toqquşub, ölən var, Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb, Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib, Fransa polisinə yuxarı sinif şagirdlərinə qarşı işıq-səs qumbaraları tətbiq etmək qadağan edilib, Mürsəl İbrahimov Şuşada vətəndaş qəbulu keçirəcək,

Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Müğənni Ziba Osmanlı qəza törətdi - 16 yaşlı qız yaralandı

Tarix: 10-05-2024, 18:48

Suraxanı rayonunda baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. 

Mayın 8-də Suraxanı rayon ərazisində gənc qız yolu keçərkən avtomobil onu vurub. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Zəhra Elsəvər qızı Allahverdiyeva xəsarət alıb.

AzFakt.com-un hadisə ilə bağlı əldə etdiyi məlumata görə, Suraxanı rayonu ərazisində 16 yaşlı qızı nəqliyyat vasitəsi ilə vuran şəxs müğənni Ziba Osmanlıdır. Hadisə nəticəsində yaralanan Zəhra Elsəvər qızı Allahverdiyevanın "Baku Medical Plaza" klinikasında əməliyyat keçirdiyi və hazırda vəziyyətinin orta ağır olduğu deyilir. 

Məlumata görə Ziba Osmanlı "Changan" markalı avtomobillə Zəhar Allahverdiyevanı piyada keçində vurub.

Hadisə ilə bağlı hazırda Suraxanı polis idarəsində araşdırma aparılır. (AzFakt.com)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR