Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib,

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI

Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI

Tarix: 13-05-2024, 14:53

12 may 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanını keçirib.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (“Azercell”, “Bakcell”, “Nar”, “Naxtel”) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 202 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 16, BB2 altqrupu üzrə 41, BB3 altqrupu üzrə 50, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 143 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 may saat 10:00-dan 16 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR