Son Xəbər: Məmurlar bir araya gəldi - Prezidentin tapşırıqları çatdırıldı, Moldovada MSK-nın binasını yandırmaq istədilər, Bakıda yaşayış binasında yanğın: 12 nəfər zəhərləndi, COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq, Urmiyada beş məhbusun barmaqları kəsiləcək, Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu, Mina təmizləyərkən həlak olanlara şəhid statusu verilə bilər, Baydenin xanımı panda kostyumunda - Video, Noyabrın ilk günü hava necə olacaq?, 326 milyonluq qaçaqmalçılıq necə baş tutub?,

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Tarix: 16-05-2024, 13:00

Ruben Vardanyanın həbs müddəti uzadılıb - YENİLƏNİB

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş həbsqətimkan tədbirinin müddəti uzadılıb.


Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 5 ay uzadılıb.

11:00

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.

“Report”un məlumatına görə, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib.

Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur.

Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR