Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Vitse-prezident Selcuk Bayraktara təşəkkür etdi

Vitse-prezident Selcuk Bayraktara təşəkkür etdi

Tarix: 21-05-2024, 15:27

Türkiyəyə müdafiə təyinatlı məhsulların tədarükü Ankaranın beynəlxalq arenada maraqlarının təbliğinə mühüm töhfə verir.

Bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın çərşənbə axşamı, mayın 21-də sosial şəbəkələrdə dərc olunmuş paylaşımında deyilir.

C.Yılmaz yazıb:

“Türkiyə müdafiə kompleksinin yüksək texnologiyalı məhsulları hazırda bu cür silahlara ehtiyacı olan bir çox ölkələrə göndərilir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə mövqeyini gücləndirir və əlaqələrimizin inkişafına müsbət təsir göstərir”.

Türkiyənin vitse-prezidenti yüksək rütbəli İran nümayəndə heyətinin də iştirak etdiyi helikopterin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatında “Bayraktar AKINCI” PUA-nın istifadəsinə diqqət çəkib. “Bayraktar AKINCI” PUA-nın İranda nümayiş etdirdiyi imkanlar sübut edir ki, müdafiə şirkətlərimizin məhsulları təkcə hərbi məqsədlər üçün deyil, həm də mülki, o cümlədən sosial və iqtisadi missiyaların bir hissəsi kimi uğurla istifadə edilə bilər”, - deyə siyasətçi qeyd edib.

Türkiyənin vitse-prezidenti “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktar və komandasına ölkənin maraqları naminə uğurlu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR