Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Qlobal fəlakət fonunda NATO və Rusiya qırıcılarının Baltik üzərində savaşı - VİDEO

Qlobal fəlakət fonunda NATO və Rusiya qırıcılarının Baltik üzərində savaşı - VİDEO

Tarix: 21-04-2020, 11:39

Dünyanı bürümüş koronavirus pandemiyasına baxmayaraq Rusiya NATO sərhədləri boyu hərbi fəallığı artırıb.

Virtualaz.org xəbər verir ki, son bir neçə gün içərisində Baltik dənizi üzərində NATO və Rusiya qırıcıları arasında iki “qarşılaşma” baş verib. Bunlardan birində Rusiyanın iki Su-35 qırıcısı ABŞ Hərbi Dəniz Qüvvələrinin Baltik dənizində manevrlər edən US Donald Cook esminetsi üzərində alçaqdan uçuşlar həyata keçirib, gəmiyə hücumu imitasiya edib. Digər insidendə isə Rusiya qırıcısı ABŞ-ın P-8A Poseidon dəniz patrul təyyarəsinin cəmi bir neçə metrliyindən uçaraq təhlükəli manevr edib.

“Business İnsider” nəşrinin yazdığına görə NATO-nun müttəfiq Hava Qüvvələri Komandanlığı həmin insidentlərə dair videogörüntü və bəyanat yayıb. NATO komandanlığının açıqlamasına görə ötən cümə günü Belçika kral hava qüvvələrinin iki F-16 qırıcısı Baltik dənizi üzərində ABŞ esminetsi üzərində alçaqdan uçuşlar həyata keçirən Rusiya qırıcılarını “qovub”.

Videorilik Rusiya təyyarələrinin beynəlxalq hava məkanında, Amerika hərbi gəmisi üzərində manevrlər etdiyini göstərir. USS Donald Cook esminetsi aprelin 11-dən Baltik dənizində növbə çəkir, gəmi koronavirus pandemiyası fonunda Rusiyanın NATO sərhədləri boyu hərbi fəallığını artırmasına cavab olaraq regiona göndərilib.

“Belçika F-16 qırıcılarının pilotları Rusiya qırıcılarını peşəkarcasına “tutublar” və səhnəni tərk ediblər. Bu, NATO-nun hazır və ayıq olduğunu, istənilən potensial təhlükəyə reaksiya verə biləcəyini bir daha sübut edir”,-alyansın hava komandanlığı bildirir.


Nəşr yazır ki, USS Donald Cook esminetsinə dəstək olaraq ABŞ donanmasının USS Porter esminetsi də Baltik dənizinə göndərilib.

Ötən bazar günü isə Rusiyanın Su-35 qırıcısı Baltik dənizi üzərində ABŞ-ın P-8A Poseidon dəniz patrul təyyarəsi yaxınlığında təhlükəli manevrlər edib. ABŞ donanmasının Avropa və Afrika komandanlığı bildirir ki, Rusiya təyyarəsi patrul təyyarəsinin cəmi bir neçə metrliyindən keçib, nəticədə P-8A Poseidon təyyarəsinin heyət üzvləri “turbulentlik” hiss ediblər. Amerika təyyarəsi yüksək sürətlə manevr edən Rusiya təyyarəsinin mühərriklərindən çıxan reaktiv qazın təsirinə və yaranan hava boşluğuna məruz qalıb. Nəticədə Amerika təyyarəsi hündürlüyü azaltmalı olub. ABŞ komandanlığı Rusiya pilotlarının bu manevrini “qeyri-peşəkar və təhlükəli” adlandırıb. Bildirilir ki, Rusiya qırıcısı ABŞ patrul təyyarəsini Baltik dənizi üzərində 42 dəqiqə boyunca təqib edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR