Son Xəbər: Şahbaz Şərif İlham Əliyevə zəng edib, Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq, Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb, ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb, Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM, Bu gündən Azərbaycanda ov mövsümü açılıb, Masazırda 4 avtomobil yanıb, Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək,

Göyçayda çay evinin sahibi niyə öldürülüb? - Foto

Göyçayda çay evinin sahibi niyə öldürülüb? - Foto

Tarix: 24-05-2024, 11:11

Dünən axşam saatlarında Göyçay şəhərində törədilmiş qətlin bəzi təfərrüatları üzə çıxıb.

Saat 21 radələrində Göyçay şəhərində qətlə yetirilən 1979-cu il təvəllüdlü Rza Ağarza oğlu Əhmədov çay evi işlədirmiş.

Hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov isə həmin çay evinin müştərisi olub. Dünən gündüz saatlarında iaşə obyektində olarkən tərəflər arasında mübahisə yaranıb və M.Mehdiyev oranı tərk edib. Daha sonra 25 yaşlı oğlan həmin əraziyə gələrək Rza Əhmədovun obyekti bağlayaraq çıxmasını gözləyib.

O, R.Əhmədovun işdən çıxdığını görərkən bıçaqla hücum edib və ağır xəsarətlər yetirib. R.Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

M.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində R.Əhmədovu işlətdiyi nalayiq sözə görə qətlə yetirdiyini deyib.(“Qafqazinfo”)

Araşdırmalar davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR