Son Xəbər: Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər, Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər, Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək, Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur, Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN, Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər, Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb, TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub, Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb, Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib,

“Kaledoniya məsələsi Fransanın daxili işi deyil”

“Kaledoniya məsələsi Fransanın daxili işi deyil”

Tarix: 24-05-2024, 17:03

Mayın 24-də Fransanın “L`Humanite” jurnalında Yeni Kaledoniyanın xarici işlər naziri Mickael Forrest-in müsahibəsi dərc olunub.

Mickael Forrest qeyd edib ki, Kanaki - Yeni Kaledoniya 1986-cı ildən BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında yer alır.

Onun sözlərinə görə, BMT Baş Assambleyası hər il Yeni Kaledoniya, habelə Fransız Polineziyasının dekolonizasiyası ilə əlaqədar qətnamələr qəbul edir. Yeni Kaledoniyadakı vəziyyəti tənzimləyən Numea Sazişinə görə BMT bu prosesi yaxından izləməlidir.

Xarici işlər naziri BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C-24) dəvəti ilə Venesuelada bu günlərdə baş tutmuş regional tədbirində iştirakını xatırladaraq, Yeni Kaledoniyada cərəyan edən iğtişaşlar barədə tədbir iştirakçıları məlumatlandırdığını, vəziyyətin yerində düzgün qiymətləndirilməsi üçün Yeni Kaledoniya Hökumətinin C-24-dən əraziyə missiya göndərməsini xahiş etdiyini bildirib. 2015-ci ildən bəri 9 belə missiyanın təşkil edildiyini bildirən nazir, Fransa dövləti tərəfindən təşkil edilən seçki saxtakarlığını pislədiklərini vurğulayıb.

“Fransa Metropoliyasından insanların kütləvi şəkildə gətirilməsi seçkilərin saxtalaşdırılması, yerli Kanak xalqının sıxışdırılması ilə nəticələnir”, - nazir əlavə edib.

O, həmçinin Dekolonizasiya üzrə Xüsusi Komitədə beynəlxalq vasitəçilik sorğusu ilə çıxış etdiklərini xatırladıb. Sözügedən tədbirdə Fransa Hökumətinə yaxın qüvvələrin problemin mahiyyətinə etinasız yanaşmasının iştirakçılar tərəfindən pis qarsalandığını da əlavə edib.

Fransanın beynəlxalq hüququ pozduğunu söyləyən Forest Kanaki-Yeni Kaledoniya məsələsinin Fransanın daxili işi olmadığını bildirib. O, qarşıdakı günlərdə Yeni Kaledoniyanı dəstəkləyən Parlament üzvləri ilə görüş keçirtmək üçün Avropaya səfər edəcəyini diqqətə çatdırıb. Yeni Kaledoniyada hazırda cərəyan edən proseslərlə bağlı Sakit Okean Adaları Forumu, Papua-Yeni Qvineya, Melaneziya Təşəbbüs Qrupu və digər ölkələr, beynəlxalq qeyri-hökumət təşkilatları və beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin göstərildiyini əlavə edib.

Sonda Forest Yeni Kaledoniya və Azərbaycan arasındakı münasibətlərə dair verilən suala cavab olaraq bildirdi ki, Yeni Kaledoniya Hökumətinin heç bir ölkə ilə problemi yoxdur. Azərbaycan Qoşulmama Hərəkatının sədri olub. Hərəkat hər zamanı bizi dəstəkləyib və bizim orda müşahidəçi statusumuz var.(APA)




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR