Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

“Bitdi deyə bir şey yoxdur, insandan insana yoluxur”

“Bitdi deyə bir şey yoxdur, insandan insana yoluxur”

Tarix: 21-04-2020, 14:58

“Biz içimizdə keçirdiyimiz həyəcanın bəlkə yarısını da vətəndaşlarımıza çatdırmırıq. Çalışırıq ki, onları daha sakit saxlayaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu TƏBİB- in şöbə müdiri Yaqut Qarayeva AzTV-nin efirində deyib. 

O qeyd edib ki, bugünkü rəqəmlər onu sevindirdiyi qədər də həyəcanlandırır: “Qorxu hissi keçirirəm ki, gərək bundan sonra biz bu günə qədər qazandıqlarımızı itirməyək. Bizim üçün bu, çox vacibdir. Çünki bugünkü günə biz elə-belə gəlmədik. Biz bu günə 30 yanvardan mərhələ-mərhələ, çox böyük işlər görərək gəldik. Ölkəmizin rəhbərliyi qərarları düzgün zamanda qəbul etdi. Biz birbaşa sərtləşdirmədik və karantin rejiminə keçmədik. Mərhələ-mərhələ olaraq məktəblər bağlandı, hardasa yığıncaqlar sərtləşdirildi, qadağa qoyuldu. Bu gün biz bu günə gəlmişik. Epidemiyanın yayılmasını demək olar ki, nəzarətdə saxlayırıq. Bunu nəzarətdən çıxmağa qoymamalıyıq. Ancaq bunu birdən-birə kəsmək olmaz. Birdən- birə kəssək, biz vəziyyətin daha da pisləşməsini görə bilərik. Çünki yoluxucu xəstəlikdir. Bu gün ayın 20-dir, sabah 21-dir, bitdi deyə bir şey yoxdur. Bu, insandan insana yoluxur. 8 nəfər olsa belə demək, bu yoluxma hələ ölkəmizdə var. Bu prosesdən çox ehtiyatla çıxmalıyıq”.
Y. Qarayeva sağalan insanların yenidən yoluxmasından da danışıb. O qeyd edib ki, bu çox yeni bir virusdur: "Virusun xüsusiyyətləri hələ araşdırma mərhələsindədir. Sağalanların yenidən yoluxması ilə bağlı məsələlər hələ ki, azdır. Bizim tez-tez telekonfranslar vasitəsilə Çin, Cənubi Koreya, İsrail mütəxəssisləri ilə əlaqələrimiz olur. Hər dəfə çalışırıq ki, suallarımızı verək. Sağalan adamların yenidən yoluxması məlumatı hələ ki azdır. Bu xəstəlikdən sonra yaranan immunitetin nə dərəcədə uzun müddətli,qoruyucu olması gələcək araşdırmaların nəticəsində bilinəcək. Sağalıb evə gedən insanlara biz yenidən ev şəraitində karantində qalmasını tövsiyə edirik. Bu mütləqdir. Çünki biz onların özlərinin immunitet qazanması bir yana olsun, onların yoluxdurma müddətinin nə qədər olduğunu hələ tam əminliklə deyə bilmirik".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR