Son Xəbər: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb, Malayziyalı nazir hava limanında yıxılaraq başından xəsarət alıb, Sabah Azərbaycanda 20 dərəcə isti olacaq, İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib, Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib, İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək, Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb, Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib, Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb, Ukrayna PUA-larla Tatarıstanda neft anbarlarına hücum edib,

Novxanı yolunda ağır qəza - Ölənlər var

Novxanı yolunda ağır qəza - Ölənlər var

Tarix: 1-06-2024, 10:48

Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sürətlə hərəkətdə olan “Daewoo Gentra” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun əks istiqamətinə keçib və “Socar”a məxsus “Ural” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü 23 yaşlı Fərid İxtixar oğlu Həşimov və sərnişini 35 yaşlı Emin Cahangir oğlu Xudiyev ağır xəsarətlər alaraq hadisə yerində ölüblər.

Qəza yerinə gələn xilasedicilər onların meyitlərini yararsız hala düşmüş avtomobildən çıxararaq təhvil veriblər.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR