Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

Azərbaycanlı jokey Fransada beynəlxalq yarışın qalibi olub

Tarix: 4-06-2024, 13:21

Atçılığın dresaj növü üzrə Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyova Fransanın Le Mans şəhərində keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olub.

Bu baradə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumatı yayıb,

yarışın final mərhələsinə yüksələn təmsilçimiz rəqiblərini 75,9 faizlik balla qabaqlayaraq kubokun sahibi olub.

İlin sonunadək daha bir neçə beynəlxalq turnirdə iştirak etməsi planlaşdırılan A.Zəhrabəyova təlimlərini Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində davam etdirir.

Qeyd edək ki, yarışda ümumilikdə 21 ölkə təmsil olunub.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR