Son Xəbər: Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb, Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək, Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir, Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək, Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq, MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir, Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb, Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq,

Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

Tarix: 4-06-2024, 17:09

Baş prokuror Kamran Əliyev bir neçə təyinatla bağlı əmrlər imzalayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, K.Əliyevin Əmrinə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və o, Füzuli rayon prokuroru vəzifəsinə təyinat alıb.

Digər Əmrlə, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

K. Əliyevin daha bir Əmri ilə isə Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə gətirilib. O bu təyinata qədər Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR