Son Xəbər: Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH, Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub, Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir, Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir, İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB, Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib, Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib,

Səbuhi Rəcəb bu dəfə dünya çempionu ilə birgə ittiham olunur

Səbuhi Rəcəb bu dəfə dünya çempionu ilə birgə ittiham olunur

Tarix: 4-06-2024, 17:45

Dələduzluqda təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbə qarşı yeni cinayət işi başlanıb.

“Qafqazinfo”nun məlumatına görə, idmançı bu dəfə də dələduzluqda ittiham olunur.

Səbuhi Rəcəb bir müddət əvvəl dələduzluğa görə həbs edilmiş kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevin işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb. S.Rəcəb və E.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, S.Rəcəb bundan əvvəl 3 nəfərə qarşı dələduzluqda ittiham olunurdu. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə ona 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib. Bu dəfə də onun işi təsadüfən hakim Ə.Məmmədovun icraatına verilib. Qanunun tələbinə görə iş ondan alınaraq başqa hakimin icraatına veriləcək.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR