Son Xəbər: Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək, İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq, Bazar günü hava 18 dərəcə isti olacaq, İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var, İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb,

ABŞ Ukraynaya daha 50 mlrd dollar verə bilər, amma bu şərtlə...

ABŞ Ukraynaya daha 50 mlrd dollar verə bilər, amma bu şərtlə...

Tarix: 5-06-2024, 15:22

Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyalarını qeyri-müəyyən müddətə uzadacağı təqdirdə, ABŞ Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə qaytarılan 50 milyard dollar məbləğində kredit verməyə hazırdır. 

Bu barədə “Financial Times” Aİ-nin sənədlərinə istinadən yazıb.

Nəşrin yazdığına görə, bu məsələ  iyunun 5-də Aİ-nin maliyyə nazirlərinin görüşündə müzakirə olunacaq.

"Kreditin dəqiq şərtləri, o cümlədən onun ödəmə müddəti, faiz dərəcəsi, birbaşa və ya vasitəçi (məsələn, Dünya Bankı) vasitəsilə veriləcəyi hələ müəyyən edilməyib. Vaşinqton Rusiya Mərkəzi Bankının Aİ-dəki aktivlərinin Rusiya Ukraynaya dəymiş ziyanı ödəməyə razılaşana qədər dondurulması şərti ilə kredit verməyi nəzərdən keçirir", - "FT" yazıb. 

Qəzetin yazdığına görə, Aİ-nin bəzi ölkələri bu cür zəmanətlərin potensial maliyyə nəticələrindən ehtiyatlanır. 





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR